Əməkdar artist Manana Çaparidze həyat yoldaşı Georgi, övladları Elizabet və Davidlə bağlı paylaşım edib.
News365.az xəbər verir ki, ifaçı ailəsi ilə birgə dünya ulduzu Castin Timberleykin iyulun 23-ü Gürcüstanda baş tutan konsertində iştirak edib.
“Əziz və doğma insanlar, sizə ən səmimi salamlarımı göndərirəm. Ümid edirəm ki, sizdə hər şey yaxşıdır və bu yay sizə xoş istirahət, gözəl anlar yaşadır. Biz də ailəlikcə yay günlərindən birini unudulmaz xatirəyə çevirdik. Dünya ulduzu Castin Timberleykin möhtəşəm konsertində olduq. Həmin gün bizə enerji, sevinc və musiqi dolu anlar bəxş etdi. Uşaqlarımın gözlərindəki sevinc və bu gecənin emosiyaları yaddaşımızda əbədi qalacaq”, - Manana paylaşımında yazıb.
Qeyd edək ki, C. Timberleyk Tbilisidən sonra iyulun 27-si Bakıda konsert proqramı ilə çıxış edib.