Fransa prezidenti Emmanuel Makron ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
News365.az xəbər verir ki, Fransa lideri bu barədə özünün X səhifəsində yazıb.
Tərəflər Ermənistan və Azərbaycan liderləri arasında Donald Trampın vasitəçiliyi ilə baş tutan görüşü müzakirə ediblər:
"Biz avqustun 8-də prezident Trampın himayəsi altında Ermənistan və Azərbaycan arasında keçirilən görüşdən yaranan ümidi də düşündük. Bunun tərəqqinin davam etməsi və bütün sərhədlərin açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verməsi vacibdir".
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
News365.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı Fransanın istəyi əsasında baş tutub.
Liderlər iki ölkə arasındakı münasibətlər, Rusiya və Ukrayna arasında sülh prosesi, Qəzzadakı son vəziyyət başda olmaqla bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.