Lotu Qulinin "müavini" olan azərbaycanlı avtoritet HƏBS EDİLDİ

Lotu Qulinin "müavini" olan azərbaycanlı avtoritet HƏBS EDİLDİ
04 Apr 2025 14:03

Kriminal avtoritet Sərxan Əsədov Rusiyanın Sankt-Peterburq şəhərində yenidən saxlanılıb. 

News365.az xəbər verir ki, azərbaycanlı əvvəllər də Rusiya həbsxanasına düşüb. İndiyədək o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 

O, "qanuni oğru" Lotu Qulinin Sankt-Peterburq üzrə "müavini" kimi tanınır. Sərxan Əsədov Apraksin Dvor tacirlərindən əsas "xərac" yığan olmaq istəyib. Lakin polis onun iddialı planlarına müdaxilə edib. O, həbs olunaraq, ölkədən qovulub. 

2016-cı ildə Əsədov silah saxlamağa görə bir il həbsdə olub. Azad edildikdən sonra Ədliyyə Nazirliyi cinayətkarı geri qayıtmaq hüququ olmadan deportasiya edib. Amma bir ildən sonra yenidən silahla Sankt-Peterburqda küçələrində görünüb.

Sərxan ƏsədovAzərbaycana deportasioya olunsa da, 2023-cü ilin sonunda yenidən Rusiyaya qanunsuz daxil olub. 

İndi o, yenidən cinayət işi ilə üzləşib və aprelin 21-dək həbsdə saxlanılacaq.


Sizin reklam burada
Sizin reklam burada