Los-Ancelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa edib

Los-Ancelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa edib
10 Fev 2025 10:32

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib. 

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. 

Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi.

Konsulluğun fəaliyyəti distant qaydada həyata keçirilirdi.


Sizin reklam burada
Sizin reklam burada