Böyük Britaniyada Lord Mandelson Leyboristlər Partiyasından istefa verdiyini açıqlayıb.
News365.az xəbər verir ki, O, bu qərarı Ceffri Epşteynlə əlaqələri ətrafında yaranan müzakirələr fonunda verdiyini bildirib. Mandelson qeyd edib ki, məsələ ilə bağlı yaranan ictimai diqqətin partiya üçün əlavə narahatlıq və nüfuz itkisinə səbəb olmasını istəmir.
BBC-nin məlumatına görə, Lord Mandelson Epşteynlə keçmiş təmaslarının yenidən gündəmə gəlməsindən sonra təzyiqlərlə üzləşib. O isə açıqlamasında Leyboristlər Partiyasına sadiqliyini vurğulayaraq, istefanın partiyanın maraqlarını qorumaq məqsədi daşıdığını qeyd edib.