Rus boksçudan meymuna qarşı vəhşi davranış
Məşhur "Tayqan" parkında Dana adlı oranqutana veyp elektron siqareti verən idmançı Anastasiya Luçkina "Boeç" boks klubundan qovulub. Bu barədə yerli mediaya qızın məşqçisi və təşkilatın rəhbəri Vladimir Akatov məlumat verib.
"O, klubdan qovulub. Onunla danışdıq. Üzrxahlıq etmək? İndi bu üzrlər nəyi dəyişir? O, bütün ölkədə klubu biabır edib. İndi bu üzrlər kimə lazımdır?"- Akatov jurnalistlərlə söhbətində deyib.
Tural