Kürdəmirdə ev yanaraq külə dönüb

Kürdəmirdə ev yanaraq külə dönüb
28 Yan 2026 20:40

Kürdəmir rayonunun Carlı kəndində ev yanıb.

News365.az xəbər verir ki, yanğın kənd sakini Rəşid Dadaşova məxsus birmərtəbəli evdə baş verib.

Hadisə zamanı evin yanar konstruksiyaları yanaraq külə dönüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada