Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə beş çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.