Kolumbiyada güclü yağışlar: Azı 22 nəfər öldü

Kolumbiyada güclü yağışlar: Azı 22 nəfər öldü
15:11

Kolumbiyada təxminən iki həftədir davam edən güclü yağışlar nəticəsində azı 22 nəfər ölüb, minlərlə insan yaralanıb.

News365.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, ən ciddi ziyan Kordova və Sukrenin bölgələrinə dəyib. Həmin ərazilərdə 14 nəfərin öldüyü və azı 9 000 evin zədələndiyi bildirilib. Bəzi ərazilərdə sakinlər qayıqla təxliyə ediliblər.

Hakimiyyət orqanları təkcə Monteriya şəhərində fəlakətin təxminən 150 min insana zərər vurduğunu təxmin edirlər.


Sizin reklam burada
Sizin reklam burada