Yeni qayda əməkhaqqı və təqaüd (pensiya) kartlarına şamil edilmir.
News365.az xəbər verir ki, bu barədə “Birbank”dan bildirilib.
“Əməkhaqqı və pensiya kartlarından Birbank/Kapital Bank bankomatlarından nağdlaşdırma etdikdə əvvəlki kimi heç bir komissiya tutulmur. 27.11.2025 tarixindən etibarən edilən dəyişiklik yalnız seçilmiş müştərilərin Birbank debet kartlarına, kredit kartlarındakı şəxsi vəsaitlərə və Bakcell Ko-brend kartına aiddir”, - məlumat da qeyd olunub.