Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tambler-Ric şəhərindəki orta təhsil müəssisəsində silahlı insident qeydə alınıb. Atışma zamanı hücumu təşkil edən şəxs də daxil olmaqla, ən azı 10 nəfərin həyatını itirdiyi bildirilir.
News365.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Bildirilir ki, qurbanlardan altısının cəsədi məktəb binasının daxilində tapılıb, digər bir yaralı isə xəstəxanaya təxliyə edilərkən yolda dünyasını dəyişib. Bundan əlavə, hüquq-mühafizə orqanları yaxınlıqdakı yaşayış binasında daha iki nəfərin cəsədini aşkar ediblər və bu ölümlərin həmin silahlı hücumla əlaqəli olduğu ehtimal edilir.
Hadisə nəticəsində əlavə olaraq 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanalara yerləşdirilib. Hazırda polis əməkdaşları faciənin başvermə səbəblərini və təfərrüatını araşdırmaq üçün istintaq tədbirlərini davam etdirirlər.