Kamçatkada 5.7 bal gücündə zəlzələ baş verib.
News365.az xəbər verir ki, bu barədə fevralın 10-da Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin "Telegram" kanalında məlumat yayılıb.
Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 188 km məsafədə, ocağı isə 42.8 km dərinlikdə yerləşib.
Hazırda mümkün dağıntı və ya tələfat barədə heç bir məlumat yoxdur.