Aydının Çinə rayonunda ötən gecə baş verən ağır yol qəzası iki nəfərin ölümü, bir uşağın isə ağır yaralanması ilə nəticələnib.
News365.az xəbər verir ki, hadisə zamanı Əhali İdarəsinin əməkdaşı Mələk Özdağlar (39) və ingilis dili müəllimi Sibel Beyhan Toprak (41) həyatını itirib. Qəza nəticəsində 11 yaşlı Irmak Serin isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, sürücü Mələk Özdağlar yol kənarında ölü vəziyyətdə qalan itə dəyməmək üçün sükanı döndərib. Bu an avtomobil idarəetmədən çıxaraq zeytun bağına aşıb.
Məlumata görə, Mələk Özdağların cənazəsi Diyarbəkirə göndəriləcək, Sibel Beyhan Toprak isə bu gün Çinədə dəfn olunacaq. Yaralı qızın xəstəxanada müalicəsi davam edir.