İsti havalar neçə gün davam edəcək?

İsti havalar neçə gün davam edəcək?
15:54

"Ölkə ərazisində növbəti üç gün ərzində hava şəraitinin sabit keçəcəyi və mühüm dəyişikliklərin baş verməyəcəyi proqnozlaşdırılır".

News365.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova deyib.

Fevralda 20 dərəcə isti: Yaz havası neçə gün davam edəcək?

Mütəxəssis qeyd edib ki, fevralın 14-də paytaxt Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək:

"Arabir güclənəcək mülayim cənub-qərb küləyi fevralın 14-ü axşam saatlarında şimal-qərb küləyi ilə əvəzlənəcək. Fevralın 16-da yenidən cənub-qərb küləyinin sürətlənməsi gözlənilir. Havanın maksimal temperaturu gündüz saatlarında 15-20 dərəcə isti təşkil edəcək".

Gülşad Məmmədova rayonlarda da yaxın günlərdə hava şəraitinin əsasən yağmursuz olacağını vurğulayıb:

"Lakin fevralın 14-ü və 15-i gündüz vaxtı bəzi dağlıq yerlərdə qısamüddətli yağıntı olacağı, qar yağacağı ehtimal edilir. Qərb küləyi mülayim olacaq və zaman-zaman güclənəcək. Temperaturun Mərkəzi Aran rayonlarında 15-20 dərəcə, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır".


Sizin reklam burada
Sizin reklam burada