Təxminən 15-20 il öncə Kanada hökuməti əslən Ağdamdan olan bir Azərbaycanlını axtarışa vermiş idi. Məqsəd onu həbs etmək yox, onun Toronto şəhərindən oğurlayıb Dubayda satdığı bahalı maşınının hansı yol ilə aparmasını öyrənmək idi. Hətta ona vəzifə təklif etmişdilər.
Ondan bir neçə il sonra Almaniya bir azərbaycanlını həbs etmişdi, bu şəxs dəmir yolu bileti satan saytın fake səhifəsini yaradıb bir milyon avroluq qazanc əldə etmiş idi.
Təxminən o dövrdə bir azərbaycanlı haker də ələ keçmiş idi. Nüfuzlu bankların sisteminə proqram yazmış idi, hər əməliyyatdan bir sent ona pul qalırdı. Özünü bir senti iki sent edəndə yandırmış idi. Həbs edildi .
Bu günlərdə Latviyada böyük rezonans doğuran “Starlink işi” üzrə məhkum olunmuş azərbaycanlı tələbə Əli Xəlilov şəbəkə yaradaraq hərbi məqsədlər üçün uyğunlaşdırılmış çantalar, xüsusi gödəkçələr, hava şəraitini ölçən cihazlar, silah çərçivələri, optik nişangahlar, kalibrator və mərmi sürətini ölçən xronoqraflar və digər azadlıqlar alaraq Rusiyaya satıb. Hələ də sual altındadır ki, o, bunu necə edib və gənc oğlan belə şəbəkə qura bilib.
Bu cürə faktlar çoxdur.
Bu cürə beyinə sahib olan nə qədər Azərbaycanlılar var. Sadəcə bir qurum ola, bunları yığa başına və bütün dünyanın qaranlıq tərəfini ala əlinə....
Fərasətli soydaşlarımızın sayəsində görün nələr etmək olar ey...