"İsrailin strateji obyektinə zərbə endirdik"

"İsrailin strateji obyektinə zərbə endirdik"
17:12
Husilər Beer-Şevada “strateji əhəmiyyətli İsrail obyektinə” zərbə endirdiklərini açıqlayıblar.

News365.az xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Yahya Sari İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərindəki bir obyektə ballistik raketlə zərbə endirildiyini bəyan edib.

“Yəmən Silahlı Qüvvələri Beer-Şeva bölgəsində yerləşən strateji əhəmiyyətli obyektə qarşı ballistik raketdən istifadə etməklə keyfiyyətli hərbi əməliyyat həyata keçirib”, – deyə Sari bildirib.

O, ötən həftə də İsrail ərazisinə qarşı raket və dronlardan istifadə edilməklə bir neçə zərbənin endirildiyini vurğulayıb.

Bu gün isə İsrail ordusunun mətbuat xidməti Yəməndən buraxılan bir raketin uğurla ələ keçirildiyini açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada