"İsrail İranla atəşkəs şəraitində HƏMAS-ın ləğvinə diqqət yetirəcək".
News365.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu İsrailin maliyyə naziri və ifrat sağçı lider Bezalel Smotriç deyib.
O, bildirib ki, İsrail İranla barışıq elan etdikdən sonra radikal Fələstinin HƏMAS hərəkatının tərəfdarlarını məhv etməyə diqqət yetirəcək:
"İsrail Tehrana qarşı savaşda İran ayətullah rejiminə ciddi ziyan vurub, o cümlədən bir gecədə Tehranda onlarla hədəfi məhv edib. İndi tapşırığı yerinə yetirmək üçün bütün gücümüzlə Qəzzaya üz tuturuq: HƏMAS-ı məhv etmək və girovlarımızı qaytarmaq...".
Qeyd edək ki, iyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, qərar qüvvəyə mindikdən sonra dünya 12 günlük müharibənin rəsmi sonunu alqışlayacaq.