İsrail ordusu general Oded Başukun Bakıda olmasını təkzib etmir

İsrail ordusu general Oded Başukun Bakıda olmasını təkzib etmir
12:11

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) CNN-in “Bakıda yeni Suriya hökumətinin və İsrail rəsmilərinin birbaşa danışıqları” barədə yayılan xəbərini tam olaraq rədd etməyib.

CNN yazmışdı ki, ÇAXAL-ın əməliyyat idarəsinin rəisi general-mayor Oded Başuk başda olmaqla bir qrup İsrail rəsmisi Azərbaycana gəlib və orada Suriya hökumətindən nümayəndələrlə təhlükəsizlik dialoqu aparıblar. Hesabatda qeyd olunurdu ki, görüş Türkiyə–İsrail arasında Suriya təhlükəsizliyi mövzusunda keçirilən məsləhətləşmələr çərçivəsində baş tutub.

ÇAXAL-ın açıqlamasına görə, heç bir rəsmi Suriya hökumətinin nümayəndələri ilə birbaşa danışıqlar aparmayıb. Lakin ordu Başukun Bakıda olub-olmaması məsələsinə dair konkret şərh verməkdən imtina edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə və İsrail hərbi qurumlarının ikinci texniki raundu keçirilib, məqsəd Suriyada birbaşa toqquşmaların qarşısını almaq idi. CNN bu dialoqlarda dolayısı ilə Suriya nümayəndələrinin də iştirak etdiyini yazmışdı.

Suriya lideri Əhməd əş-Şaraa da bildirib ki, Dəməşq və Təl-Əviv arasında dolayı danışıqlar mövcuddur, lakin vasitəçilərin kimliyi açıqlanmayıb. Reuters agentliyi əvvəlcə xəbər yaymışdı ki, BƏƏ İsrail–Suriya dialoqu üçün ehtiyat kanal qurub.


Sizin reklam burada
Sizin reklam burada