İslamda rüşvətə baxış- Tural İrfan yazır

İslamda rüşvətə baxış- Tural İrfan yazır
09:47
Çox adam elə bilir ki, rüşvət almaq günah, amma vermək günah deyil. Əslində isə verən də alan qədər günaha batır. Hətta vasitəçilik edən də lənətlənib. Yəni kim belə şeylərlə məşğul olub, alıb - veribsə havayı zəhmət çəkib Həcc yollarına pul tökməsin. Rüşvət aldığı, yaxud hər hansı formada haqqını tapdayıb ziyan vurduğu adamları bir - bir tapıb zərərini ödəyib halallıq almasa əsla onun ibadəti, ziyarəti qəbul olmaz. Əgər qəbul olsa onda bu, ilahi ədalətə zidd olar. Allah əsla məzluma zülm, zalıma rəhm etməz.
Bəzi adamlar görürük ki, haramla, zəkat vermədən sərvət toplayıb təqaüdə çıxandan sonra da başlayır təsbeh götürüb müqəddəs yerləri ziyarət etməyə, özünü mömin kimi qələmə verməyə. Zənn edir ki, Allahı da aldadacaq. Lakin bu hədər cəhddir. Əgər axirətini də itirmək istəmirsə mütləq ziyan vurduğu, rüşvət aldığı adamların haqqını geri qaytarmalıdır. Allahın əfv etmədiyi bir neçə böyük günah var ki, onun biri bəndə haqqıdır.
Yəni, biri digərinə nahaq yerə bir şillə vurubsa, vuran 50 dəfə Həccə gedib, bütün ömrünü namaz qılmaqla keçirsə də zərərçəkmişdən halallıq almayınca əfv olunmaz, cəhənnəmlik olar.
Yox, sən başqalarının haqqını ye, ziyan vur, sonra da Məkkəni ziyarət etməklə Cənnət satın almağa çalış. Bunun özü də ayrı bir böyük günahdır.
Peyğəmbər sağ olsaydı elələrini lənətlənib Məkkədən qovardı ki, rədd olub gedin haqqını yediyiniz məzlumların haqqını qaytarın. Hələ utanmadan həyasızcasına gəlib buraları da murdarlayırsınız...
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada