Türkiyədə Terrorla Mübarizə İdarəsi qrupları tərəfindən silahlı terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirilib.
News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, İstanbulda fəaliyyət göstərdiyi müəyyən edilən təşkilat üzvlərinə qarşı baş tutan əməliyyatda 11 nəfər saxlanılıb.
Bundan əlavə, 3 nəfər deportasiya prosedurlarının aparılması üçün aidiyyəti bölmələrə təhvil verilib.