İraqda üç günlük matəm elan edilib

İraqda üç günlük matəm elan edilib
17 İyl 2025 16:20

İraq hökuməti ölkənin şərqindəki Əl-Kut şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar üç günlük matəm elan edib.

News365.az xəbər verir ki, bu barədə İraq Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl inzibati mərkəzi Əl-Kut olan Vasit əyalətinin hakimiyyəti də üç günlük matəm elan edib.

İraq Daxili İşlər Nazirliyinin son məlumatına görə, yeni ticarət mərkəzində baş verən yanğında 61 nəfər ölüb, 45-dən çox insan xilas edilib. Faciə ilə bağlı araşdırmalar başlanıb. Hakimiyyət orqanları təhqiqatın hərtərəfli olacağını və oxşar hadisələrin ölkənin digər ticarət mərkəzlərində təkrarlanmaması üçün tədbirlər görüləcəyini bildirib.



Sizin reklam burada
Sizin reklam burada