İranın xarici işlər naziri Abbas Əraqçi təyyarə ilə Tehran və Vaşinqton arasında İranın nüvə məsələsi ilə bağlı Omanın vasitəçiliyi ilə aparılan danışıqların fevralın 17-də keçiriləcəyi İsveçrəyə gedib.
Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat verib.
"Bu səfər zamanı xarici işlər naziri həmçinin İsveçrənin, Omanın xarici işlər nazirləri, AEBA-nIn baş direktoru və İsveçrədə yerləşən beynəlxalq təşkilatların digər rəsmiləri ilə görüşəcək və danışıqlar aparacaq", - məlumatda qeyd olunur.