“İranın nüvə obyektləri yeraltında olduğu üçün zərər riski azdır” - Politoloqdan şərh

“İranın nüvə obyektləri yeraltında olduğu üçün zərər riski azdır” - Politoloqdan şərh
14 İyn 2025 14:36

 “İranın əsas nüvə obyektləri yeraltında yerləşdiyi üçün ciddi zərər görməsi real deyil” .

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, İranın bəzi strateji obyektlərinə mümkün hücumların təsiri simvolik ola bilər, lakin əsas infrastrukturun qorunub saxlanılması ehtimalı yüksəkdir.

“Siyasi, hərbi və ya diplomatik sahədə çalışan şəxslər əvəzolunandır. Amma nüvə sahəsində fəaliyyət göstərən ixtisaslaşmış qadın alimlərin itirilməsi uzunmüddətli boşluq yarada bilər. Onların əvəz edilməsi çətindir,” – deyə politoloq vurğulayıb.

Turan Rzayev əlavə edib ki, İranın əsas nüvə obyektləri yer altında yerləşdiyindən onların tam sıradan çıxarılması asan deyil:

“Bu cür obyektlər dünya praktikasında da yeraltı şəkildə inşa olunur. Ona görə də İranın nüvə infrastrukturunun tam zərər görməsi ehtimalı aşağıdır,” – deyə politoloq bildirib.


Sizin reklam burada
Sizin reklam burada