Rusiyada 1 saatda 8 zəlzələ oldu

Rusiyada 1 saatda 8 zəlzələ oldu
30 İyl 2025 09:17

Son bir saat ərzində Kamçatka sahillərində maqnitudası 5-dən yuxarı olan səkkiz zəlzələ baş verib.

News365.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələlərin maqnitudası 5,1 ilə 5,8 arasında dəyişib.

Episentrlər 7-dən 100 kilometrədək dərinlikdə yerləşib.

Kamçatka diyarının paytaxtında təkanlar 3–4 bal gücündə hiss olunub.


Sizin reklam burada
Sizin reklam burada