“İranın cavabı daha çox İsrailə yönələcək” - Turab Rzayev

“İranın cavabı daha çox İsrailə yönələcək” - Turab Rzayev
24 İyn 2025 14:42

“İranın cavabı daha çox İsrailə yönələcək” 

Politoloq Turab Rzayev News365.az-a açıqlamasında İranın bölgədəki son gərginliklər fonunda mümkün cavab addımları ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, İran rəhbərliyi bu mərhələdə cavab zərbələrini daha çox İsrailə yönəltməyi planlaşdırır və bu strategiya ilə ABŞ-ı da dolayısı ilə prosesdən kənarlaşdırmağa çalışır:

“İran rəhbərliyi başa düşür ki, abırsız zərbələr qarşısında İsrail rəkiz – yəni ölçülüb-biçilmiş – zərbələrlə cavab verir. Bu məqamdan istifadə edərək, İran həm də ABŞ-da, xüsusilə də Donald Trampın yenidən seçilmə perspektivinə zərbə vurmaq istəyir. Tramp da belə bir vəziyyətdə deyə bilər ki, məni prosesdən uzaqlaşdırmaqla vəziyyəti daha da gərginləşdirdiniz.”

Turab Rzayev hesab edir ki, İranın mümkün cavab zərbəsi birbaşa ABŞ bazalarına yox, daha çox İsrail hədəflərinə yönələcək:

“ABŞ-ın bölgədə çoxlu sayda hərbi bazası var, lakin İran bu qədər genişmiqyaslı hücumlara getməz. Bu, həmin bazaların yerləşdiyi ölkələrlə İran arasında birbaşa toqquşma riski yaradar. İran belə bir konfrantasiyaya hazır deyil. Buna görə də onun cavabı daha çox İsrailə yaxın ərazilərdə – məsələn, Livan, Suriya və ya Qəzza bölgəsində – müttəfiqləri vasitəsilə verilə bilər.”

Politoloqun fikrincə, İran öz müttəfiqlərinin də təhlükəyə düşməsini istəmir və buna görə də ehtiyatla hərəkət edir.


Sizin reklam burada
Sizin reklam burada