İranın Avstriyadakı səfirliyinin müvəqqəti işlər vəkili İsveçrəyə sığındı

İranın Avstriyadakı səfirliyinin müvəqqəti işlər vəkili İsveçrəyə sığındı
21:40

İranın Avstriyadakı səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Derikvənd diplomatik missiyanı tərk edərək İsveçrəyə sığınıb.

News365.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Nazirlik əməkdaşlarının isə bu diplomat barədə danışmaqdan yayınaraq ya məlumatsız olduqlarını, ya da İran kəşfiyyat orqanlarından qorxduqlarını əsas gətirdikləri qeyd olunur.


Sizin reklam burada
Sizin reklam burada