“İranın ABŞ bazasına hücumu öncədən xəbərdarlıq edilmişdi” - Anar Əliyev

“İranın ABŞ bazasına hücumu öncədən xəbərdarlıq edilmişdi” - Anar Əliyev
14:25

Politoloq Anar Əliyev News365.az-a açıqlamasında İranın son addımlarını və ABŞ hərbi bazasına hücumunu ictimai rəyi yönləndirməyə hesablanmış addım kimi dəyərləndirib.

Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması və artıq artəşkəsin qəbul edilməsinə baxmayaraq, İran cəmiyyət qarşısında nüfuzunu bərpa etmək məqsədilə son anda təbliğat xarakterli addımlar atıb:

“Artıq artəşkəs razılaşdırılmışdı və əməl ediləcəyi gözlənilirdi. Amma İran son anda nüfuzunu cəmiyyətə yenidən göstərmək üçün ictimai rəyi hədəfləyən bəzi addımlar atdı. Hətta artəşkəsdən sonrakı raket zərbələrini bir kənara qoysaq, İran ABŞ-nin hərbi bazasına hücum etdi və bunu böyük bir təbliğat kampaniyasına çevirdi.”

Anar Əliyevin sözlərinə görə, İran mətbuatı bu əməliyyatı “Fətnəvrin” adlandıraraq geniş şəkildə təqdim edib. Lakin sonradan məlum olub ki, həmin hücumdan əvvəl ABŞ tərəfi xəbərdar olunub:

“Əvvəlcədən ABŞ-yə məlumat verilib ki, hərbi bazaya raket atılacaq. Ümumilikdə 14 raket atılmışdı, onlardan 3-ü havada məhv edilib, biri isə hərbi baza ərazisinə düşməyib və boşluğa yönəlib. Belə olan halda, bu, real hücumdan çox, nümayiş məqsədli bir hərəkət olub.”

Politoloq qeyd edib ki, bu kimi hallar hücum deyil, daha çox rəsmi şəkildə xəbərdarlıqla müşayiət olunan siyasi jestlər kimi qiymətləndirilməlidir.


Sizin reklam burada
Sizin reklam burada