İrana dəyən zərər ödəniləcək?

İrana dəyən zərər ödəniləcək?
09:09

“ABŞ zənginləşdirmə hüququnu tanısa, İran nüvə silahından imtina edə bilər”.

News365.az xəbər verir ki, bu barədə “Fars” agentliyinin məlumatında bildirilir.

Qeyd edilib ki, ABŞ uranın zənginləşdirilməsi hüququnu tanıdığı təqdirdə, Tehran nüvə silahı istehsalından imtina etməyə hazırdır.

Məlumata görə, İran tərəfi zənginləşdirmə səviyyələri ilə bağlı danışıqlara açıq olduğunu da qeyd edib.

Təklif olunan razılaşmaya əsasən, İrana qarşı tətbiq edilən bütün sanksiyaların tam ləğvi, ölkəyə dəyən iqtisadi zərərin kompensasiyası üçün investisiya və maliyyə fondlarının yaradılması, razılaşmanın BMT səviyyəsində rəsmi qətnamə kimi qəbul edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Hörmüz boğazı ilə bağlı razılaşmada gəmilərin İran nəzarəti altında məhdud keçidinə icazə verilməsi və təhlükəsiz keçid protokollarının tətbiqi planlaşdırılır.



Sizin reklam burada
Sizin reklam burada