İran qırmızı bayraq qaldırdı - VİDEO

İran qırmızı bayraq qaldırdı - VİDEO
13 İyn 2025 12:17

Xəbər verdiyimiz kimi İsrail İrana hücum edib. Hücum nəticəsində xeyli mühüm şəxslərin öldürülməsi barədə məlumatlar yayılır. Bloomberg nəşri isə yazır ki, İranın Qum şəhəri yaxınlığındakı Cəmkəran məscidi üzərində qırmızı bayraq qaldırılıb. Bu rəngdə bayrağın qaldırılması qisas mənasını bildirir.


Kadrlarda bayrağın qaldırılması prosesi əks olunub. Məscidin yaxınlığındakı meydana İran bayraqları ilə çoxlu sayda insan da toplaşıb.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.



Tural


Sizin reklam burada
Sizin reklam burada