İranın
“müqavimət oxu” adı altında yürütdüyü bu siyasət, əslində yalnız terror təşkilatlarına
dəstək verməkdən ibarətdir. Hizbullahdan Husi hərəkatına, Həmastan müxtəlif
milis qruplarına qədər geniş spektrdə terroru dəstəkləyən bu rejim, bölgədə
sülh və sabitlik üçün ən böyük təhlükəni yaradır.
Bunun
ən acı nümunələrindən biri İsrail ilə baş verən 12 günlük müharibədir. İranın dəstəklədiyi
qruplar ağır məğlubiyyət aldı, yüzlərlə raket məhv edilə bilmədi və İsrail
qarşısında böyük bir məğlubiyyət yaşandı. Lakin daha skandal olan odur ki, bu
müharibə zamanı atılan raketlərin bəziləri hələ də bölgədən çıxarılmayıb. Hətta
bu gün, bir uşağın bu partlamamış sursat səbəbindən həyatını itirdiyi xəbəri gəldi.
Bu yalnız İranın məsuliyyətsizliyini deyil, eyni zamanda mülki şəxslərin həyatını
heçə sayan ikiüzlü siyasəti də ortaya qoyur.
Ayətullah
Xamenei və molla rejimi, bütün bu utancverici tablonun başlıca məsuludur.
İsrail qarşısında alınan məğlubiyyət onların əsl gücsüzlüyünü ortaya çıxarmış,
nüfuzlarını sarsıtmış və bütün təbliğat mexanizmasını boşuna çıxarmışdır.
Buna
baxmayaraq, İran hələ də Azərbaycanın daxili işlərinə müdaxilə etməkdən çəkinmir.
Halbuki rejimin əsl diqqət etməli olduğu şey, öz ölkəsindəki iqtisadi böhran,
siyasi çökmə və cəmiyyətin rejimə qarşı artan qəzəbidir. İran, Azərbaycana
barmaq sallamaq əvəzinə, əvvəlcə öz evinin içini qaydaya salmalıdır.
Əlavə
olaraq, İran Fələstindəki müharibədə birbaşa məsuliyyət daşıyır. Fələstində
ölmüş 62 mindən çox insanın ölümündə əsas qatil İrandır. İranın dəstəklədiyi Həmas,
İsrailə qarşı hərəkət edir və bu qarşıdurmanı İran başlamışdır. Həmasın İsrailə
hücum etdiyi vaxt The Wall Street Journal yazırdı ki, bu hücum üçün İran Həmas
terror təşkilatına həftələrlə hərbi təlim keçib. Bölgədə aclıqdan ölmüş və
öldürülmüş insanların hamısının məsuliyyəti əsasən İrandadır. Bu, İran
rejiminin yalnız öz xalqına deyil, bütün bölgəyə qarşı nə qədər təhlükəli
olduğunu göstərir.
Nəticə
İran
Molla rejimi həm içəridə, həm də xaricdə iflas etmiş vəziyyətdədir. Xalq artıq
bu rejimin repressiv idarəsindən bezmişdir, dünya isə İranın terrora sponsor
olan və Fələstindəki qətliamda birbaşa məsul olan əsl simasını bir daha aydın
görməyə başlamışdır. İsrail qarşısında yaşanan utancverici məğlubiyyət, üstəlik
hələ də partlamamış raketlərin mülki şəxslər üçün təhlükə yaratması, bu rejimin
nə qədər məsuliyyətsiz olduğunu sübut edir. İranın gələcəyi, mollaların zülmü
ilə deyil, xalqın azad iradəsi ilə formalaşacaqdır.
İlkin Məmmədkərimov,
News365.az