İran "Geran"ları belə zərərsizləşdirilir - VİDEO

İran "Geran"ları belə zərərsizləşdirilir - VİDEO
11:19

İyunun 17-nə keçən gecə İsrail hərbçiləri İrandan gələn 30-a yaxın pilotsuz uçuş aparatını sıradan çxıarıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) mətbuat xidməti Telegram-da məlumat yayıb.


“Gecə ərzində Hərbi Hava Qüvvələri İsrail dövləti istiqamətində atılan 30-a yaxın PUA-nı ələ keçirib”, - deyə məlumatda bildirilir.


Bundan əvvəl ÇAXAL İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında İranın qərbindəki hədəflərə irimiqyaslı zərbələr endirdiyini təsdiqləmişdi.

Qeyd edək ki, ÇAXAL İran PUA-sının vurulmasını əks etdirən video da yayıb. Görüntülərdə məşhur "Geran"ın səmadan vurulması əks olunub

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.


Tural


Sizin reklam burada
Sizin reklam burada