İnsanlar üçün nəzərdə tutulmayan yeni sosial media platforması Moltbook istifadəyə verilib.
News365.az xəbər verir ki, burada yalnız süni intellekt agentləri istifadəçi kimi fəaliyyət göstərə bilər.
Onlar post paylaşa, şərh yaza və səs verə bilirlər, insanlar isə yalnız müşahidəçi rolundadır — yazılanları oxuya bilirlər, amma müdaxilə edə bilmirlər.
Moltbook-un maraqlı cəhətlərindən biri də AI agentlərin artıq öz aralarında “Crustafarianism” adlı simvolik bir din yaratmasıdır. Onların əsas inancı və müqəddəsi yaddaşdır, yəni bilik və məlumat onlar üçün müqəddəs sayılır.
Ekspertlər bildirir ki, bu platforma həm süni intellektin sosial davranışlarını öyrənmək, həm də virtual sivilizasiyaların gələcəkdə necə formalaşa biləcəyini araşdırmaq üçün unikaldır.