"Rüşvət əməliyyatı” – 14 nəfər SAXLANILDI

"Rüşvət əməliyyatı” – 14 nəfər SAXLANILDI
10:48

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” istintaqı çərçivəsində barələrində həbs qərarı çıxarılan 18 nəfərdən 14-ü saxlanılıb. Saxlanılanlar arasında tanınmış sənətçi Erdal Erzincanın qardaşı Deniz Erzincan da var.

News365.az xəbər verir ki, CHP-nin prezidentliyə namizədi, İBB Başçısı Əkrəm İmamoğlunun həbsi ilə başlayan 19 mart əməliyyatları çərçivəsində yeni həbs qərarları verilib.

İstintaq çərçivəsində prokurorluq tərəfindən 18 şübhəli şəxs barəsində “rüşvət vermə”, “rüşvət alma” və “tenderə müdaxilə etmə” ittihamları ilə həbs qərarı çıxarılıb.

İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyatda 14 nəfər saxlanılıb. Digər 4 nəfərin axtarışı davam etdirilir.

Baş Prokurorluqdan verilən açıqlamada bildirilib:

— Respublika Baş Prokurorluğumuz tərəfindən Əkrəm İmamoğlu rəhbərliyində qurulduğu müəyyən olunan cinayətkar təşkilata qarşı aparılan və dərinləşdirilən istintaq çərçivəsində, rüşvət vermə, rüşvət alma və tenderə müdaxilə etmə cinayətləri ilə əlaqəli fəaliyyətləri sübutlarla təsbit edilən 18 şübhəli şəxs barəsində 18.07.2025 tarixində eyni vaxtda tutulma, həbs, axtarış və əmlaklara əl qoyma tədbirlərinin həyata keçirilməsi üçün İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinə göstəriş verilmişdir.



Sizin reklam burada
Sizin reklam burada