"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var

"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən xəbər var
10:49

Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlanıb.

 Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin davam etdirildiyi bildirilib:

"1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir".

Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. riyaziyyat müəlliməsi odlu silahdan atəş açaraq Şəhla Kamilovanı güllələyib.


Sizin reklam burada
Sizin reklam burada