‘İçərişəhər’ Qoruğuna yeni aparat rəhbəri təyin olundu

‘İçərişəhər’ Qoruğuna yeni aparat rəhbəri təyin olundu
13:37

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.   

News365.az xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.   

Qeyd edək ki, bundan əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsin müdiri təyin edilib.   

Fuad Xəlilov bundan əvvvəl mobil cihazlarınızın alışı və satışını həyata keçirən "EasyCep Azərbaycan" Şirkətinin İdarə Heyətinin sədri olub.


Sizin reklam burada
Sizin reklam burada