"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadılıb

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadılıb
20:05

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

News365.az APA-ya istinadla xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan olunub.

Qərara əsasən, Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada