"Hər Yeni il gələndə insanları düşündürən suallardan biri, sülh yoxsa müharibə?!"

"Hər Yeni il gələndə insanları düşündürən suallardan biri, sülh yoxsa müharibə?!"
03 Yan 2025 13:18
"Hər Yeni il gələndə insanları daha çox düşündürən suallardan biri, sülh yoxsa müharibə?!"

News365.az xəbər verir ki, politoloq Tural Əliyev bunu feysbuk səhifəsində paylaşıb.
"Təəssüflər olsun ki, yaşadığımız dünya antaqonist və barışmaz baxışlarla əhatələnmiş bir məkandır. Ziddiyyət dolu yırtıcı maraqların sürətlə genişləndiyi coğrafiyada sülh haqqında mesajlar yetərlidirmi? Əlbəttə, xeyr. Müharibə hər zaman çıxış yoludurmu? Təbii ki, yox. Xarici təsirlərə qarşı mübarizə metodlarından biri daxildəki əmin-amanlıq vacib elementdir. Ümumiləşdirsək və qısaca olaraq qeyd etsək, təhlükəsizlik, iqtisadi inkişaf bir-birinin davamı olmalı, ideoloji boşluqlara yer verilməməli, cəmiyyət taleyüklü məsələlərin həllində məsuliyyəti özündə dərk etməli və nəhayət zamanın çağırışlarına uyğun adekvat yaşayış düsturları tapılmalıdır.
Ənənəyə sadiq qalaraq 2025 regionumuzda, ölkəmizdə sülh, inkişaf və təhlükəsizlik ili olması diləyi ilə ən xoş arzularımı çatdırıram!"

Youtube kanalımız