“Hər bir işğalçı torpaqlarımızı tərk edəcək” - Zelenski

“Hər bir işğalçı torpaqlarımızı tərk edəcək” - Zelenski
14:28

Ukrayna prezidenti Vladimir Zelenski II Dünya Müharibəsində nasist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümü münasibətilə Kiyevdə videomüraciət yayımlayıb.

News365.az məlumatına görə, o, Ukraynada sülh və əmin-amanlığın bərpası uğrunda mübarizə apardıqlarını bildirib.

Zelenski qeyd edib ki, II Dünya müharibəsində 8 milyondan çox ukraynalı müharibədə həyatını itirib:

"Hazırda isə Rusiya ilə davam edən müharibə eyni ssenarini təkrarlayır. Mübarizəni davam etdiririk, sülh üçün birləşmişik. Ya Rusiya dəyişəcək, ya da dünya. Hər bir işğalçı torpaqlarımızı tərk edəcək” – deyə o vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada