Həbsdən çıxan Şəmsi Səmədzadə: “Oyun qurmuşdular” – VIDEO

Həbsdən çıxan Şəmsi Səmədzadə: “Oyun qurmuşdular” – VIDEO
24 Yan 2025 14:57

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb. Yerli mediada Səmədzadənin bir neçə gün əvvəl həbsdən çıxdığı bildirilsə də, o ötən il dekabrın sonunda azadlığa buraxılıb. 

News365.az-ın məlumatına görə, Şəmsi Səmədzadə bildirib ki, həbsinin detalları və səbəbləri barədə danışmaq istəmir: 

“Bu məsələni artıq arxada qoymuşam. Həyatımı yenidən qurmağa və işlərimə davam etməyə fokuslanmışam,” – deyə iş adamı qeyd edib. 

Qeyd edək ki, Şəmsi Səmədzadə Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Lakin Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə o, azadlığa buraxılmışdı. 


Sizin reklam burada
Sizin reklam burada