Hande Erçel və Hakan Sabancı haqqında ayrılıq iddiaları gündəmdə

Hande Erçel və Hakan Sabancı haqqında ayrılıq iddiaları gündəmdə
17:35

Evliliklə nəticələnəcəyi gözlənilən Hande Erçel və Hakan Sabancı münasibətinin bitdiyi iddia olunur.

News365.az xəbər verir ki, üç ildir birlikdə olan cütlük tez-tez səyahətlərə çıxır, xoş anlarını sosial şəbəkələrdə bölüşürdü. Lakin son İtaliya səfərindən sonra onların münasibətində böhran yarandığı irəli sürülüb. Hande Erçel sosial media hesabından Hakan Sabancı ilə bütün fotolarını silib. Bu addım ayrılıq iddialarını gücləndirsə də, tərəflərdən rəsmi açıqlama verilməyib.

Arzu Sabancı diqqətçəkən paylaşım edib.

Mövzu gündəmdə olduğu vaxt Arzu Sabancının paylaşımı da sosial mediada müzakirələrə səbəb olub. O, “Cəhalət, yuxu kimidir; səni oyadan ilk şəxsə verdiyin reaksiya qəzəbdir” sözlərini yazıb.

"Səbəb evlilikdir"

Aparıcı Ece Erken isə Gel Konuşalım proqramında ayrılığın səbəbinin evlilik olduğunu deyib: “Avqustun əvvəlindən münasibətləri yaxşı deyildi. Hande Erçel bacısı və yeğeni ilə tətildə olanda artıq ayrı idilər, sadəcə gözlədilər. Səbəb isə evlilikdir”.

Ece Erkenin sözlərinə görə, Hande Erçel artıq evlilikdən danışmaq istəyir, lakin Hakan Sabancının ailəsinin bu məsələyə isti yanaşmadığı ehtimal edilir.

Bununla yanaşı, Hakan Sabancının Hande Erçel ilə fotolarını hələ də silməməsi və ikilinin bir-birini izləməyə davam etməsi “Barışacaqlar?” sualını gündəmə gətirib.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada