Ermənistanda keçmiş deputat həbs edilib. News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Saytlar Ermənistan İstintaq Komitəsinə istinad ediblər. Cinayət işinin təfərrüatları barədə İstintaq Komitəsi məlumat versə də, ittiham olunan şəxsin adı çəkilmir. Lakin Sputnik Ermənistan-ın əldə etdiyi məlumata görə, A.A qeydi ilə adı keçən şəxs keçmiş deputat Axoyandır.
"İstintaq Komitəsinin məlumatına görə, A.A. 2010-2014-cü illərdə paytaxtın Ərəbkir inzibati rayonunda yaşayış kompleksinin tikintisi ilə məşğul olan iki şirkətə sahib olub. O, tikilməkdə olan kompleksdə mənzil və dayanacaq almaq istəyən 6 nəfərdən ümumilikdə 274,7 milyon dram (704 min dollardan çox) alıb. Lakin sonradan pulu şirkətlərin hesabına köçürməyib və şəxsi ehtiyaclarına xərcləyib. Digər epizodda isə eks-deputat 2010-cu ildə müştəri ilə sövdələşməyə gedərək müqavilə bağlayıb və ondan 34 min ABŞ dolları məbləğində avans götürüb. Lakin müştəri mənzili heç vaxt əldə edəb ilməyib. Axoyan həmçinin 2008-ci ildə ümumi dəyəri 110 milyon dram (282 min dollardan çox) olan bir neçə daşınmaz əmlak alıb. O bu məbləğin yarısını ödəyib. Daxil olan məlumat əsasında onun barəsində ittiham elan edilib və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib", - məlumatda qeyd edilir.
Tural