Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb

Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb
13 May 2024 21:47

Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb.

Azərbaycan Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikada çalışan dövlət qulluqçuları üçün təlimlərə başlanılıb.

Dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təlimlər Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında keçirilir.

Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşı Ülviyyə Bədəlova “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında çıxış edib, iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb.

Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına uyğun olaraq keçirilir.

Qeyd edək ki, təlimlər 13-17 may tarixlərini əhatə edən təlimlər Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında təşkil olunur.


Youtube kanalımız

Oxşar xəbərlər