Paşinyan delimitasiya protokolunu suverenliyin təməl daşı adlandırdı

Paşinyan delimitasiya protokolunu suverenliyin təməl daşı adlandırdı
16 May 2024 11:36

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Ermənistan və Azərbaycan arasında Tavuşda delimitasiya haqqında protokolun imzalanmasına reaksiya verib. News365.az xəbər verir ki, o bunu böyük uğur adlandırıb.

Paşinyan hökumətin iclasında qeyd edib ki, bu hadisə Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.

Onun sözlərinə görə, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər