Serbiyada prezidenti ölümlə hədələyən şəxs saxlanıldı

Serbiyada prezidenti ölümlə hədələyən şəxs saxlanıldı
16 May 2024 11:10

Serbiyada prezident Aleksandr Vuçiçə hədə-qorxu gələn şəxs saxlanılıb. News365.az xəbər verir ki, bu barədə xarici KİV ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hədələr səsləndirən şəxsin adı Draqan Miyatoviçdir və o, 48 saatlıq saxlanılıb.

Bundan əvvəl Vuçiç dəfələrlə əsasən sosial şəbəkələrdə özünə və ailə üzvlərinə qarşı mütəmadi olaraq yüzlərlə təhdid və aqressiv təhqirlər aldığını bildirmişdi. Serbiya polisi isə bir neçə dəfə prezidenti hədələyənləri saxlayıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər