"Europe1" Xarkovla bağlı "ölümcül zərbə" xəbərdarlığı verdi

"Europe1" Xarkovla bağlı "ölümcül zərbə" xəbərdarlığı verdi
16 May 2024 09:45

Məşhur fransız jurnalist Vinsent Hervue rus qoşunlarının Xarkovun ətrafını yavaş yavaş zəbt etməsini Ukrayna üçün ağır zərbə adlandırıb. News365.az xəbər verir ki, o, bu barədə “Europe1” telekanalındakı verilişində danışıb.

Jurnalistin sözlərinə görə, rus qoşunları şimalda, sərhəd yaxınlığında diqqət çəkən irəliləyişlər edə biliblər.

“Avdeyevka ilə yanaşı, ikinci cəbhə də açıldı. Cəmi bir neçə kilometrdən sonra Xarkov tam atəş altında olacaq”, - deyə Hervue vurğulayıb.

Aparıcı onu da əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətində reallaşdıracaqları uğurlu hücumlar təkcə Ukrayna Silahlı Qüvvələrinə deyil, bu ölkənin iqtisadiyyatına da ölümcül zərbə olacaq.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bura olduğunu nümayiş etdirirlər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər