"Göyçə mahalına qayıtmaq istəyirəm"
News365.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Youtube"da yayımlanan "Səhnə adamı" layihəsində deyib.
O, gələcəkdə Göyçədə yaşamaq istədiyini deyib:
"Allah nəsib etsin, ən böyük arzum Göyçə mahalına qayıtmaqdır. Evimizi, kəndimizi görmək arzumdur. Niyə də köçüb orada yaşamayım?", deyə o, qeyd edib.