Göyçayda avtomobil piyadanı vuraraq öldürdü

Göyçayda avtomobil piyadanı vuraraq öldürdü
18 May 2025 23:59

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


News365.az-ın verdiyi məlumata görə, hadisə axşam saatlarında şəhərin mərkəzi prospektində qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Qəza nəticəsində ağır xəsarət alan şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır


Sizin reklam burada
Sizin reklam burada