Görmə əngəlli 59 yaşlı qadını öldürən şəxs saxlanılıb

Görmə əngəlli 59 yaşlı qadını öldürən şəxs saxlanılıb
02 İyn 2025 12:48

Xaçmazda 2 il öncə görmə əngəlli qadını öldürən şəxsin kimliyi məlum olub.

News365.az xəbər verir ki, 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, görmə əngəlli 59 yaşlı Gülxar Cahangirovanın Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə başdırıldığı müəyyənləşib.

Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.


Sizin reklam burada
Sizin reklam burada