Rusiyanın “Geran-2” kamikadze dronu pikapdan buraxılışa hazırlanıb.
News365.az xəbər verir ki, Rusiyaya məxsus “Geran-2” (Shahed-136) tipli kamikadze pilotsuz uçuş aparatının pikap tipli avtomobildən buraxılışa hazırlandığını əks etdirən görüntülər yayılıb.
Kadrlarda PUA-nın mobil platforma üzərindən operativ şəkildə istifadəyə hazır vəziyyətə gətirildiyi görünür.
Qeyd edək ki, “Geran-2” dronları son dövrlər münaqişə zonalarında geniş şəkildə tətbiq olunur.