Generalın yerinə o təyin edildi

Generalın yerinə o təyin edildi
14:57

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

News365.az xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.

Ü.Zülfüqarov bu təyinatadək Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə gömrük xidməti general-mayoru Güloğlan Muradlı olub. G.Muradlı Prezidentin 13 fevral 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada